Türk, Neslihan Nur. Sağlamlıq, gigiyena və ilk tibbi yardim / N. N. Türk ; nəşrə hazır. A. Qurbanov ; tibbi məsl. F. Erdoğan ; elmi məsl.: L. Helvacı, A. Bulut ; uyğunlaşdıran M. Məmmədova ; bədii red. Ə. Sultanov ; dizayn. N. Qəribov. - Bakı : İpəkyolu , 2017. - 175 s.
İnsan fitrəttən təmiz bir varlıq kimi yaradılsa da bədənini təmiz saxlamasa ətrafa narahatçılıq yaradaraq bədəni iylənməyə başlayır. Təmiz saxlanılmayan bütün məkanlara da eyni şeyi aid etmək olar. Deməli nizamlı və daimi təmizlik təkcə insanlar üçün deyil, məkanlar üçün də vacibdir. Məsuliyyətsiz şəkildə və eqoistcəsinə insanlar tərəfindən su, torpaq və havanın çirkləndirilməsinin də ən böyük cəzasını elə insan oğlu özü çəkir. Neçə-neçə xəstəliyin ən başlıca səbəbi təmizliyə lazımi qədər riayət edilməməsi, əhəmiyyət verilməməsidir. İnsan əvvəlcə özünün maddi və mənəvi sağlamlığını qoruya bilmək üçün təmiz olmalı sonra da ətrafı haqqında eyni məsuliyyəti nümayiş etdirməlidir. Bəzi müsəlmanların Quran və sünnədəki təmizlik qaydalarına riayət etməməsi, Allah və Rəsulunun lətif və pak yoluna xələl gətirə bilməz. Bu həmin şəxslərin İslamın təmizlik anlayışını lazımi qədər dərk edə bilməmələriylə bağlıdır. Kitabda, xüsusi olaraq sağlamlıq və təmizlik mövzusuyla bağlı geniş məlumat, onun həyata keçirilməsi yolları və məqsədləri ətraflı izah olunmuş və insanın sağlamlığına təsir göstərən faktorlar, sağlamlıq qaydaları və ümumiyyətlə sağlam bir həyat üçün lazım olan hər şey konkret və aydın şəkildə öz əksini tapmışdır.