Türk, Neslihan Nur. Mədəniyyətimizdə analıq məsuliyyəti və körpə qayğısı / N. N. Türk ; nəşrə hazır. A. Qurbanov ; tibbi məsl. F. Erdoğan ; elmi məsl.: L. Helvacı, A. Bulut ; uyğunlaşdıran E. Salmanov ; bədii red. Ə. Sultanov ; dizayn. N. Qəribov. - Bakı : İpəkyolu , 2016. - 164 s.
Bir xanım olaraq hamımızın müəyyən gerçəkləri var. Bənövşə kimi zərif, həssas, duyğulu, əsmli və baxımlı olmaq kimi... Lakin Uca Allahın bizə hədiyyə etdiyi bir vəsf var ki, son dərəcə qiymətlidir: Analıq. diqqətlə baxanda fitrətimizdəki bütün xüsusiyyətlərin bizə yaxşı ana olmaq üçün verildiyini görərik. Şəfqətin, səbrin və sevginin qəlbimizdə bu qədər geniş yer tutması bir insanı layiqincə yetişdirə bilmək üçündür. Əgər analığın nail olunacaq ən çətin karyera olduğunu unutmamışıqsa, nə əla. Bəli. Çox çətin əlçatandır, çünki yalnız Allahın lütf etməsi ilə mümkün olur. Heç kim çalışaraq ana olmaz. Bir xanımın xoşbəxtliyi ana olduğu zaman kamal nöqtəsinə çatır. Yaradılış qayəsinə uyğun bir həyat mənimsəyən hər qadın ana olduğu zaman bir növ mükafatlandırılır. Başına analıq tacı qoyulur. O tacın haqqını vermək üçün ana olmanın son dərəcə mühüm və ülvi peşə oldğunu unutmamaq lazımdır. Bu kitab sizə peşənizin qədrini və xırdalıqlarını xatırladacaq, necə müvəffəq ola biləcəyinizə dair yol göstərəcəkdir.