Xurşidbanu Natəvan : Biblioqrafiya

Xurşidbanu Natəvan : Biblioqrafiya = Khurshidbanu Natavan : Bibliography = Хуршидбану Натаван : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed.: M. Vəliyeva, G. Quliyeva ; elmi red. K. M. Tahirov ; ön söz Əlioğlu ; red. X. Abbasova ; dizayn. M. Əliqızı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 256 s.

Azərbaycanın Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı "Xurşidbanu Natəvan" biblioqrafiyası XIX əsr tanınmış Azərbaycan şairəsi, Qarabağ xanlığında böyük nüfuza malik Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilmişdir. Biblioqrafiyada Xan qızının əsərləri, həyat və yaradıcılığı, ictimai fəaliyyəti haqqında, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Biblioqrafiya ədəbiyyatşünaslar alimlər, tədqiqatçılar, jurnalistlər, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.