Kovaç, Miha. Oxumaq nəfəs almaqdır : Rəqəmsal çağda kitab oxumaq üçün 10 səbəb / M. Kovaç ; burax.məsul Ş. İxtiyaroğlu ; tərc. A. Balayeva ; red. Ü. Məmmədova ; rəs.: Z. Həsənova, E. Babayev. - Bakı : Qədim Qala, 2023. - 128 s.
Rəqəmsal çağda kitab oxumaq axına qarşı üzməkdirmi? 'Oxumaq nəfəs almaqdır' kitabı bunun əksini isbat etməyə iddialıdır. Kitab tarixi, nəşri və mütaliə üzrə ciddi araşdırmaların müəllifi olan professor Miha Kovaç bu əsərində rəqəmsal dövrdə kitabla təmasa inamsız yanaşmalara, oxu vərdişi qazanmaq istəyənlərə və kitablarla peşəkar səviyyədə maraqlananlara xitab edir. Mütaliənin psixologiyası və empatiya hissimizlə əlaqəsi, kitab oxunan mühitdə böyüməyin əhəmiyyəti, şəxsiyyətimizin formalaşmasında ədəbi əsərlərin rolu, xarici dillərdə oxumağın faydaları kimi mövzularda dəyərli məlumatlarla bölüşür. “Oxumaq nəfəs almaqdır” axıcı dili və rəngarəng illüstrasiyaları ilə niyə oxumalı olduğumuzdan bəhs edən əyləncəli bələdçidir. Kitab vətəni Sloveniyada böyük əks-səda doğuraraq uzun müddət bestsellerlər siyahısında yer alıb və "2020-ci ilin ən yaxşı kitabından biri" adını qazanıb.