Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları / Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Dövlət Universiteti ; lay.rəhb., ön söz E. Babayev ; tərt.ed.: C. Məmmədli [et al.]. - Bakı : Bakı Dövlət Universiteti Nəşriyyatı, 2021. - 394 s.
Vətən müharibəsi dövründə BDU-nun müəllim və tələbələri ön cəbhədə olduğu kimi, arxa cəbhədə də mübarizə aparmış, xüsusilə informasiya cəbhəsində fəal iştirak etmişdir. 44 gün ərzində BDU kollektivinin ölkənin nüfuzlu kütləvi informasiya vasitələrində onlarla məqaləsi, analitik yazıları, müsahiələri və s. dərc olunmuşdur. Təqdim olunan kitabda 44 günlük Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin kütləvi informasiya vaistələrində yayımlanmış yazılarının bir hissəsi toplanmışdır. Tarixi faktları və həqiqətləri, ölkəmizin haqq səsini, statistik təhlilləri, eyni zamanda Qarabağla bağlı kövrək xatirələrin əks etdirən bu materiallar ən müxtəlif janrlarda, elmi, elmi-kütləvi, publisistik, ədəbi-bədii üslublarda qələmə alınsa da, onları eyni ruh, amal, niyyət birləşdirir. Bu yazıların hər biri özündə Müzəffər Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevə, Müzəffər Azərbaycan ordusuna, ölkəmizdəki xalq-iqtidar birliyinə sarsılmaz inamı və bu inamdan doğan qələbə ruhunu, zəfər ovqatını ifadə edir. Kitab tədqiqatçılar, Vətən müharibəsi tarixi ilə maraqlananlar üçün qiymətli mənbə rolunu oynayacaqdır.