Vətən məni çağırdı

Qarabağlı, Ziyad Türksoy. Vətən məni çağırdı / Z. T. Qarabağlı ; nəşrə hazır. A. Qurbanov ; red. Ə. Sultanov ; dizayn. A. İbrahimov. - Bakı : İpəkyolu Nəşriyyatı, 2022. - 224 s.

Muradov Ziyad Muradxan oğlu (Ziyad Türksoy Qarabağlı) 1991-ci il fevral ayının 3-cü Füzuli rayonunun Arış kəndində dünyaya göz açmışdır. 1992-ci il 1-ci Qarabağ müharibəsində başından qəlpə yarası almışdır. 1997-ci ildə 1-ci sinfə başlayıb. O şeir yazmağı, şəkil çəkməyi, heykəltəraşlıq işləri ilə məşğul olmağı çox sevib. 2008-ci ildə 11-ci sinfi bitirib. Hərbi xidmətini 2010-cu ildə Tərtərdə başa çatdırıb. 2015-2019-cu illərdə Daxili qoşunlarda Çavuş rütbəsində əmək fəaliyyəti göstərib. Həm də yaradıcı şair ruhlu Ziyad Türksoy Qarabağlı 2017-ci ildə "lin gənc yazarı" adına layiq görülüb. Şeirlərinin əksəriyyəti Vətən mövzusundadır. 27 sentyar 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Çavuş rütbəsi ilə müharibəyə yollanmışdır. Oktyabr ayının 20-i Füzuli uğrunda gedən döyüşlərdə baş nahiyəsindən ağır zərbə alaraq Şəhidlik zirvəsinə ucalmışdır. Ziyaddan yadigar qalan 3 yaşlı övlad var. Ziyad Şəhid olduqdan sonra Vətən uğrunda medalı, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Ziyadın arzusu Şəhid olmaq idi, istədiyi arzuya da çatdı.