Bədi̇i̇ düşüncədə QARABAĞ

Məhərrəmli, Zemfira. Bədii düşüncədə Qarabağ : Esselər, hekayələr / Z. Məhərrəmli ; red. V. İ. Bəhmənli(Quliyev) ; ön söz A. Turan ; dizayn. M. Əliqızı. - Bakı : Zərdabi-Nəşr, 2021. - 304 s

Zemfira Məhərrəmli oxucuların görüşünə bu dəfə yaradıcılığında imza atdığı bir ilklə gəlib. Yazıçı-publisistin sayca 15-ci kitabı - "Bədii düşüncədə Qarabağ" adlı əsəri taleyimizə yazılan 30 illik savaşın başlancığından Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Müəllifin yazıçı tənqidinin diqqətini çəkən, bu yöndə ədəbi söhbətlərinin məğzini təşkil edən, iztirab və kədərimiz, mücadiləmiz, coşğu və sevinc dolu möhtəşəm Zəfərimizdən söz açan, təhlilə cəlb olunan bədii mətnlər arasında söz sənətimizin tanınmış simalarının - R.Rza, X.R.Ulutürk, Anar, Elçin, F.Qoca, S.Rüstəmxanlı, N.Gün, S.Səxavət, E.Hüseynbəyli, Q.Ağsəs, F.Məmmədli, O.Rza, Q.Nəcəfzadə, A.Şıxlı və başqalarının yazdığı əsərlər yer alıb. Ürək döyüntümüz olan Qarabağ müəllifin çağdaş ədəbiyyat kontekstində araşdırma kitabının əsas mövzusuna çevrilib.

Yüklə