Vətən dili (I, II hissə - asanlaşdırılmış)

Qırx ilə yaxın bir dövr ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaq və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan “Vətən dili” Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, “Şərqli” təxəllüsü ilə tanınan Fərhad Ağazadə, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, adlarını çəkmədiyimiz digər Azərbaycan ziyalılarının ilk dərsliyi olub. Əsər onların elmə, təhsilə atdıqları ilk addımlara yoldaşlıq edib. Bu şəxsiyyətlərin həyat haqqında ilkin təsəvvür və anlayışlarının formalaşmasında da müstəsna rol oynayıb. Nəşrindən 140 il keçsə də, yaşından asılı olmayaraq, özünü azərbaycanlı sayan hər kəs, bir çox folklor nümunələrimizin orijinal formada bir yerə toplandığı bu kitabla yaxından tanış olmalı, ondan əcdadımızın hikmətini, Vətən eşqini duymalıdır. “Vətən dili“ndə işlənən ətimizə-qanımıza hopmuş söz və ifadələr, adət-ənənələr və s. ilə yenidən tanışlıq hər birimizin mənəvi borcudur.

Yüklə