Çıxış yoxdur : Qan donduran təsirli triller

Adams, Teylor. Çıxış yoxdur : Qan donduran təsirli triller (Ingilis dilindən tərcümə) / T. Adams ; tərc. ed. A. Mahmudov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 352 s. 

Çovğunlu bir gün... Dağlar qoynunda dünyadan təcrid olunmuş kiçik bir motel... Bu motelə təbii fəlakətdən qorunmağa çalışan bir neçə adam toplaşıb. Onlardan biri də tələbə Darbi Torndur. Yola çıxmazdan əvvəl anasının ağır xəstə olduğu haqqında xəbər alıb. Darbi inadla motelin avtomobil dayanacağında telefon siqnalının tutacağı anı gözləyir. və bu vaxt dayanacaqdakı furqonun arxa şüşəsində hərəkət edən bir cüt uşaq əli görür. Kimsə maşında oğurlanmış uşaq gizlədir! Onu necə xilas edə bilər? Bunun üçün nə etməlidir? Polisə zəng vurmaq mümkün deyil, çünkü pis hava şəraitindən siqnal tutmur. Moteldəki "dostların" heç birinə etibar edə bilməz, çünkü onlardan hər biri cani ola bilər. Belə çıxır ki, Darbi maşındakı uşağı özü, təkbaşına xilas etməlidir. "Aqata Kristinin əsərləri ilə rəqabət apara biləcək bir əsərdir" A. C. Finn.