Kralın kreslosu

Xəlil, Zahid. Kralın kreslosu : Hekayələr / Z. Xəlil ; ill. N. Tahirova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 300 s. 

Uşaqlar üçün yazılan hər bir əsər ədəbiyyatın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi müxtəlif olan minlərlə insan övladı tərəfindən oxunaraq dərk edilir. Zahid Xəlilin zəngin yaradıcılığından seçilib "Kralın kreslosu" adlı bu kitabda toplanmış hekayələr balacaların dünyagörüşünün formalaşmasında, maraq dairəsinin genişlənməsində, əxlaqi və mənəvi tərbiyəsində, xarakterlərinin müsbət istiqamətdə inkişafında və bədii zövqünün cilalanmasında böyük təsir qüvvəsinə malikdir.