Şizofrenik

Dorn, Vulf . Şizofrenik : Roman / V. Dorn ; alman dil. tərc.ed. C. Cavanşir. - ikinci nəşr. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 427 s.

Psixiatr Yan Forstnerin nikahi uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxıb, bundan az sonra isə atası dəhşətli avtomobil qəzasında ölüb. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu müəmmalı hadisələr onu rahat buraxmır. Yan bu kabuslardan qurtulmaq və yenidən normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır.