Seçilmiş əsərləri : 10 cilddə

Elçin. Seçilmiş əsərləri : 10 cilddə

I cild / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ; naşir E. Məmmədov ; dizayn. S. Məmmədova. - Bakı : Aspoliqraf, 2022. - 488 s. 

Xalq yazıçısı Elçinin "Seçilmiş əsərləri" nin I cildinə müxtəlif vaxtlarda yazdığı hekayələr toplanmışdır. Geniş oxucu auditoriyasına ünvanlanan bu hekayələrdə dünənki və bugünkü həyatımızın gərçəklikləri, ailə və məişət qayğıları işıqlandırılır və əsərlərdə dramatik vəziyyətlərin orijinallığı, hadisələrin fantastika ilə reallıq sərhədində cərəyan etməsi daima oxucuların da, ədəbi tənqidin də böyük marağına səbəb olmuşdur. İndiyə kimi rast gəldiyimiz yeni mövzuları, gözlənilməz süjet kompozisiyaları, düşüncə və hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsi ilə fərqlənən, insan obrazları ilə zəngin olan bu hekayələrdə Elçin yaradıcılığının özünəməxsusluğu qabarıq şəkildə görünməkdədir. Təsadüfi deyil ki, bu hekayələr dünyanın bir çox dillərinə tərcümə olunmuş, onların əsasında filmlər çəkilmiş, tamaşalar hazırlanmışdır.