Güney Azərbaycan ədəbiyyatı antologiyası: Çağdaş dövr: Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA Ədəbiyyat İnstitutunun layihəsi /tərt. ed. və ön sözün müəl. P. Məmmədli. - Bakı: Teas Press, 2015. - 364 s.
Güney Azərbaycan ədəbiyyatı Ümumazərbaycan ədəbiyyatının tərkib hissəsi olmaqla, eyni zamanda özünəməxsus xüsusiyyətlərə də malikdir. Ona görə də Azərbaycan ədəbiyyat-şünaslığında Güney Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə dair çoxcildlik antologiyalar nəşr edilmişdir. Təqdim olunan antologiyanın yeniliyi ondan ibarətdir ki, o, son otuz ildə Güney Azərbaycanda yazıb-yaradan ədəbi nəslin yaradıcılığını əks etdirir. Burada yüzə yaxın şair və yazıçı haqqında avtobioqrafik məlumat və əsərlərindən örnəklər verilmişdir. Bu yaradıcılıq nümunələri İranla bərabər, dünyanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycanın çağdaş şair və yazıçılarının yaradıcılığının ümumi mənzərəsini aydın şəkildə əks etdirir.