Murad : Xatirələr və şeirlər

Nağıyev, Orxan. Murad : Xatirələr və şeirlər / O. Nağıyev ; red. İ. İlyaslı ; tərt.ed. B. Hümbətli. - Bakı : "Təhsil" , 2022. - 264 s. 

Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən şəhid leytenant, tank komandiri, şair Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Müharibənin ilk günündən döyüşə yollanan Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəak iştirak edərək düşmənin stratejiəhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir. Həm də istedadlı şair olan leytenant Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı sətirləri kitabın ikinci hissəsinə daxil edilmişdir. Murad Nağıyev 11 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İkinci Fəxri xiyabanda dəfn olunan şəhid leytenant Murad Nağıyev vəfatından sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.