Beybi, Ketrin. Şənbə gününədək subay / K. Beybi ; tərc.ed. S. M. Gültən . - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2017. - 356 s.
Balacaboy, incə, sarı saçlı Karen Hollivud ulduzu ilə evlənir, o, demək olar ki, hər gün rol oynayır – sevib – sevilən xoşbəxt qadın rolunu. Məşhur aktyor şəxsi həyatı ilə bağlı şayiələrə son qoymaq üçün bir il əvvəl Karenlə evlənir. Karen boşanandan sonra 5 milyon dollar qazanacaq. Qadın saxta nigahına son qoymağa hazırlaşanda çox yaraşıqlı kişi olan qaynı Zak onun həyatına, sonra da ürəyinə daxil olur. Qarasaçlı, mavigözlü, ucaboy, yaraşıqlı Zak xəbər vermədən Mayklla Karenin evliliklərinin birinci ildönümü məclisinə gəlib çıxır. Valideynlər onu göndərib ki, qardaşı arvadının kimliyi ilə maraqlansın. Kareni görən kimi onun şübhələri yox olur. Zakla Karen elə ilk baxışdan bir- birinə vurulur. Maykl Kareni ailəsi ilə tanış etmək üçün evlərinə aparanda Karen sirlərini gizli saxlamalıdır. Mayklın valideynləri, eləcə də Karenin həyatının sevgisi ola biləcək Zak onu sual yağışına tuturlar...