İzniki, Muhamməd ibn Qutbuddin. Cənnət yolu elmihalı / M. Q. İzniki ; tərc. ed. R. Xəlilov ; tərt. ed. S. Kərimova. - Bakı : Ave Print, 2023. - 184 s.
Allah (cəllə cələlühü) insanların dünyada və axirətdə məsud olmaları, rahat və dinclik içində olmaları və könüllərini birləşdirib, qardaşcasına yaşamaları və özünə qulluq vəzifələrini necə yerinə yetirə bilmək üçün, onlara Peyğəmbərlər göndərdi (aleyhimüssəlam). İnsanların hər baxımdan üstünləri olan bu seçilmiş şəxslər vasitəsilə qullarına ən doğru yaşamaq yolunu bildirdi. Peyğəmbərlərinin (aleyhimüssalavatü vəttəslimat) ən üstünü və sonuncusu olan Muhamməd əleyhissəlamın dünyanın hər yerində qiyamətə qədər gələcək olan bütün insanların Peyğəmbəri olduğunu bildirdi. Allah (cəllə cələlühü) çox sevdiyi bu Peyğəmbərinə mələk ilə iyirmi üç ildə göndərdiyi “Qurani-kərim” adındakı böyük kitabında əmrlərini və qadağalarını bildirdi. Qurani-kərim ərəbcə olduğu üçün və çox incə bilgiləri və ağlın çata bilməyəcəyi şeyləri bildirdiyi üçün Muhamməd əleyhissəlam bu kitabın hamısını, əvvəldən sonuna qədər Əshabına (aleyhimürrıdvan) açıqladı. “Qurani-kərimi mənim bildirdiyimdən başqa şəkildə açıqlayan kafir olar” dedi. İslam alimləri (rahimə-hümullahü təala), Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) etdiyi açıqlamaları Əshabi-kiramdan eşidib hər kəsin başa düşə biləcəyi kimi genişləndirdilər və Təfsir kitablarında yazdılar. Bu alimlərə Əhli-sünnət alimləri deyilir. Əhli sünnət alimlərinin (rahiməhümullahi təala), Qurani-kərimin açıqlamalarından və ayrıca olaraq Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) “Hədisi-şərif” deyilən sözlərindən istifadə edərək yazdıqları din kitablarına “Elmihal” kitabları deyilir. Allahın bildirdiyi “İslam dini”ni doğru, sağlam öyrənmək istəyənlərin bu elmihal kitablarını oxumaları lazımdır.