Mirzəzadə, Reyhan Sabir qızı. Rus ədəbiyyatı qəlbimin işığında : Əlavə və dəyişikliklərlə təkrar nəşr / R. S. Mirzəzadə ; dizayn. M. Vəliyeva. - Bakı : 3 saylı Bakı mətbəəsi, 2019. - 752 s.
Mütərəqqi rus ədəbiyyatı dünya mədəniyyəti xəzinəsinə böyük dühalar, klassiklər, zəngin və nadir sənət nümunələri bəxş edib. Tarixən zəmanəni doğru-dürüst əks etdirərək, bədii yaradıcılığın xalq həyatı ilə sıx əlaqəsi naminə mübarizədə qabaqcıl rus yazıçısı və şairlərinin böyük rolu olub. Təqdim etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edən rus ədəbiyyatı vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə özünəməxsus şöhrət qazanıb. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillərə faydalı irs olan bu bəşəri ədəbiyyat bütün dünyada sevilə-sevilə oxunmaqda, öyrənilməkdədir. Tanınmış publisist-politoloq Reyhan Mirzəzadənin Azərbaycan mətbuatında bu mövzuda dərc olunan yazılarının bir qismi "Rus ədəbiyyatı qəlbimin işığında" adlı bu kitabında məhəbbətlə şölələnir. Görkəmli rus ədiblərinin yaradıcılığı, rus ədəbiyyatının diqqətalayiq hadisələri barədə yazıb, bunları bir daha tarixin yaddaşında canlandırmaqla, Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafına səylə çalışan müəllif bu sahədəki fəaliyyətini inamla davam etdirməkdədir. Ümidvarıq ki, təqdim olunan kitab öz oxucularının qəlbini də rus ədəbiyyatının işığına, nuruna qərq edəcəkdir.