Qanlı Yanvardan şanlı qələbəyə : roman. 3-cü hissə

Ədalətqızı, Sevinc. Qanlı Yanvardan şanlı qələbəyə : roman. 3-cü hissə / S. Ədalətqızı ; red. H. R. Ateş ; rəs. A. Şəhvələdqızı. - Bakı : Maarif, 2022. - 216 s. 

"Qanlı Yanvardan şanlı qələbəyə" romanı "Yanvar təlatümü" və "Yanvardan sonra çalınan Vağzalı" əsərlərinin davamıdır. 1990 -cı ilin 20 Yanvar faciəsi zamanı Azərbaycanın azadlığı uğrunda gedən mübarizədə faciəvi şəkildə canından keçərək cəsədi itkin düşmüş Şəhid gəncin adını daşıyan Orxan İkinci Qarabağ Vətən müharibəsində könüllü olaraq döyüşə yollanır, bir neçə dəfə güllə yarası alır. O, vaxtilə Qazi atası Şahinin uğrunda döyüşdüyü Qarabağ torpaqlarında zəfər bayrağı sancmağa nail olur. Gənc qəhrəman 20 Yanvar hadisələrinin iştirakçısı olan anası İlahənin və onun keçmiş nişanlısı Orxanın, eyni zamanda Birinci Qarabağ Müharibəsinin ürəyinə vurduğu mənəvi psixoloji ağrılarla cavan yaşında dünyadan köçən Qazi atası Şahinin qisasını alır. "Yanvar təlatümü" , "Yanvardan sonra çalınan"Vağzalı"" və "Qanlı yanvardan şanlı qələbəyə" roman trilogiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.