Qaliblərin sırasında

Abbasqızı, Nərgiz. Qaliblərin sırasında : Şeirlər / N. Abbasqızı ; red. M. Ş. Çəmənli. - Bakı : "ULU" İKF, 2019. - 184 s.
Bu kitab müəllifin oxucularla ikinci görüşüdür. "Yuxuma gəl" adlı şeirlər kitabı isə 2002-ci ildə "Gənclik" nəşriyyatında çap olunub. Hər iki kitabda məzmun etibarı ilə bir-birinə yaxın nümunələr toplansa da, indi oxuculara təqdim edilən toplu müəllifin bir dərdinin - Vətən yükünün nə qədər ağırlaşdığını, əzabının nə qədər dərinləşdiyini göstərir. Çox güman ki, bu hisslərin səmimiyyətidir ki, N.Abbasqızının ən uğurlu misraları, ən poetik ifadələri məhz bu cür şeirlərdəndir.