Azərbaycan qadınlarının baş bəzəkləri. 19-20-ci əsrin əvvəllərində / A. Rüstəmbəyova ; elmi red. N. Vəlixanlı ; dizayn. A. İsmayılova ; rəs.: V. Xudaverdiyev, Ə. Qafarov. - Bakı : Aspoliqraf, 2023. - 88 s.
Azərbaycan Tarixi Muzeyinin dəyərli zərgərlik kolleksiyası əsasında “Azərbaycan qadınlarının baş bəzəkləri” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi muzeyin Xüsusi fondunun müdiri dosent Afət Rüstəmbəyovadır. Kataloqda muzeyin kolleksiyasında mühafizə olunan, Azərbaycan qadın baş bəzək nümunələri (sırğa, qəfəsə, tac, alınlıq, başlıq, çənəbənd, qarmaq) təqdim olunub. Yüksək bədii-texniki dəyərə malik həmin zərgərlik əşyalarının hazırlanmasında müxtəlif mürəkkəb texniki üsullardan-tökmə, döymə, çaxma, lehimləmə və hörmədən istifadə olunub. İstifadə tərzinə görə tarixən Azərbaycan qadınlarının rəngarəng və çeşidli zinət əşyaları baş, sinə, bel, ayaq, eləcə də geyim bəzəkləri olmaqla qruplaşdırılır.