Naxçıvan Dövlət Uşaq Teatrı

Kərimova, Elmira. Naxçıvan Dövlət Uşaq Teatrı : 2006-2022-ci illər / E. Kərimova ; elmi red. Ə. Qasımov. - Naxçıvan : Əcəmi, 2022. - 232 s. 

 

Azərbaycan mədəniyyətin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsil intibah baş vermiş, milli-mənəvi dəyərlər diqqət mərkəzində saxlanmış, Azərbaycanda mədəniyyət inkişaf edərək beynalxalq səviyyəyə çıxmışdır. Lakin ümummilli liderimizin siyasi hakimyyətdən istefasından sonra mədəniyyətimizlə bağlı həyata keçirilən irimiqyaslı tədbirlər dayandırılmışdır. Bu inkişaf yalnız ümummilli liderimizin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qaydışından sonra mümkün olmuşdur. Möhtərəm Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyətin dövlət qayğısı ilə əhatə olunması, mədəni inkişaf xətti ölkəmizdə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə bir sıra tədbirlər görülmüş, tarixi-mədəniyyət abidələri əsaslı bərpa olunmuş və ya yenidən qurulmuş, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmişdir. Mədəniyyətin inkişafına göstərilən qayğının tərkib hissəsi olaraq hazırda istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması sahəsində tədbirlər davam etməkdədir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli 30-03/S nömrəli sərancamı ilə “Naxçıvan Muxtar Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” təsdiq edilmiş, proqramın icrası üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.