Taslı, Betülnur Aybegüm. Cabir ibn Həyyan / B. A. Taslı, D. Sevgili ; nəşrə hazır. A. Qurbanov ; uyğunlaşdıran M. Əbdürrəhimova ; red. Ə. Sultan ; rəs. T. Kebriteh ; dizayn.: A. Kocabıyık, N. Qəribov ; Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, T.C. Kültür ve Turizm Bakanlığı Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı. - Bakı : İpəkyolu, 2022. - 40 s.
Əlinizdəki kitabda "Kimyanın atası" kimi tanınan Cabir İbn Həyyanın elmi fəaliyyətlərinə və ixtiralarına şahid olacaqsınız. Təbiət elmlərində eksperimental üsulun əhəmiyyətinə inanan Cabir ibn Həyyan təcrübə üçün lazım olan bir çox avadanlığı icad etmişdir. Bu avadanlıqlar ondan sonrakı bütün kimyagərlər tərəfindən istifadə edilmiçşdir. Eynşteyndən əsrlərcə əvvəl atomun parçalana biləcəyi fikrini ortaya qoyan Cabir ibn Həyyan: bitki, mədən və heyvan olmaqla təbiəti üç qrupa ayırmışdır.