İlham Əliyev: İpək Yolu sivilizasiyası və Azərbaycan diplomatiyası

Qocatürk, Nərman. İlham Əliyev: İpək Yolu sivilizasiyası və Azərbaycan diplomatiyası / N. Qocatürk ; elmi red. Ə. Əhmədov ; rəy. Ə. Həsənov ; rəs. S. Muxtarov ; tex. red. R. Nizamiqızı. - Bakı : Nurlan , 2008. - 472 s.

Kitab ümumilli lider Heydər Əliyevin layiqli varisi, ideyalarının davamçısı, uğurlu daxili və xarici siyasəti ilə bu gün ölkəmizi regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran, qısa vaxtda böyük nailiyyətlərə, çoxsaylı uğurlara imza atan Azərbaycan prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin elmi-nəzəri şərhinə həsr ounmuşdur. Monoqrafiyada çağdaş Azərbaycan dövlətinin qurucusu, siyasətin böyük Adamı - Heydər Əliyevin Azərbaycanın inkişafına, tərəqqisinə bağışlanan ömür yol hərtərəfli işıqlandırılır. Böyük Köç Yolunun qapısı, İpək yolunun ipək yörəsi Azərbaycanın Şərqlə qərb arasındakı minillikləri çevrələyən nüfuzuna, bu nüfuzu yaradan, yaşadan millət fədailərinin - qüdrətli şəxsiyyətlərin, xaqan - sərkərdələrin, ictimai xadimlərin xalqımızın istiqlalı, azadlığı yolunda milli dövlətçilik adına yazdıqları altun səhifələrə ayna tutulur.