Bembi

Zalten, Feliks. Bembi / F. Zalten ; tərc.ed., işləyən R. Nazimqızı ; red. E. Astanbəyli ; rəs. Z. Cabbarov. - Bakı : Altun kitab MMC, 2022. - 127 s. 

Avstriyalı uşaq yazıçısı Feliks Zalten Peştdə (indiki Budapeşt) doğulub. 4 yaşında ikən ailəsi Avstriyanın paytaxtı Vyanaya köçüb. Yazıçının ilk qələm təcrübələri də 1889-cu ildən etibarən elə Vyanada işıq üzü görüb. Zalten öz yaradıcılığı boyu bir çox janrlarda qələmini sınasa da, əsasən, heyvanlar haqqında yazdığı əsərləri ilə tanınır. Bu da səbəbsiz deyil: o, eyni zamanda mahir ovçu olduğundan heyvanlar aləminə yaxşı bələd idi. Zaltenə dünya şöhrəti qazandıran isə 1923-cü ildə yazdığı "Bembi" romanı olub. İndiyədək əksər dillərə tərcümə edilən və dəfələrlə ekranlaşdırılan həmin romanın baş qəhrəmanı Bembi adlı maral balasıdır. Bembinin bir-birindən maraqlı macəraları az qala doğulduğu gündən başlayır və oxucuda dərin təsir buraxır.