Adilman, Nadir . Milyonçunun gündəliyi / N. Adilman. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 148 s.
Bu kitab karyerasında uğur qazanmaq istəyən gənclər üçün işgüzar inkişafa dəstək məqsədilə yazılmış bədii əsərdir. Tələbəlik illərindən sonra karyerasının növbəti inkişaf mərhələlərini təsəvvür edə bilməyənlər üçün hər şey təsadüflərdən və sürprizlərdən ibarətdir. Hər bir inkişaf mərhələsinin isə özünəməxsus qəhrəmanları, bu qəhrəmanların da xüsusi gündəliyi var. Gündəm yaradan hər kəsin belə bir gündəliyi, əslində, onun bütün sonrakı taleyini həll edir. Halbuki həyatda təsadüfi heç nə yoxdur. Bu kitab məhz təsadüflərə inanmayıb, möcüzə gözləməyənlərə ithaf edilir. Möcüzə baş vermir, möcüzəni biz insanlar yaradırıq. Bu kitabı oxuyandan sonra bir möcüzəni də SƏN yaradacaqsan. Buna əmin ol!