Yoanq, Mişel. Çingiz xan / M. Yoanq ; tərc.ed. Ə. Oğuz ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2020. - 160 s.
Monqol qəbilələrini bir bayraq altında birləşdirərək dünya tarixinin ən nəhəng imperiyasını yaratmış Çingiz xan Sakit okean sahilləri yaxınlığından Xəzər dənizinəcən uzanan ucsuz-bucaqsız əraziyə hökmranlıq edib. Ölümündən 800 il keçməsinə baxmayaraq qəbrinin harada olduğu hələ də bilinməyən bu qüdrətli şəxsiyyətin həyatı bir-birindən maraqlı, heyrətamiz, elə bir o qədər də tükürpərdici faktlarla zəngindir. Məşhur fransız tarixçisi və şərqşünası Mişel Yoanqın bu kitabı Çingiz xan haqqında yazılmış ən yaxşı əsərlərdən sayılır. Əsər xarakterində mərhəmətlə qəddarlığı birləşdirən və bu səbəbdən barəsində xeyli təzadlı fikirlər dolaşan böyük xanla bağlı bütün suallara aydın cavab verir.