
Nəsirova, Sevinc. Milli Azərbaycan Tarixi Muzeyinin Qələmkar kolleksiyası = The Qalamkar collection of the National Museum of history of Azerbaijan / S. Nəsirova ; elmi red. N. M. Vəlixanlı ; tərc.ed.: Ə. Fərhadov, S. Nəsirova ; fot. M. Həsənoğlu ; Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Təhsil, 2022. - 72 s.
Kataloqda yer alan XIX-XX əsrlərə məxsus bir çox qələmkar məmulatı həm Azərbaycan, həm də Şərq ölkələrinin sənətkarlıq tarixinin tədqiqi üçün mühüm mənbədir. Kataloqda qələmkar parçalardan hazırlanmış yerli və xarici istehsal, əl əməyi, göz nuru, rəsm və nəqş ustalarının mahir əlləri ilə ərsəyə gəlmiş və vaxtilə Azərbaycan məişətində istifadə olunmuş əşyalar əks olunub. Muzeyin zəngin kolleksiyasında mühafizə olunan bu qələmkarlar öz rəng ahəngi, naxış elementləri və təsvirləri baxımından olduqca maraqlıdır. Fondda qorunan qələmkarlar süjetli və ornamental naxışlarla bəzədilib. Qələmkarların əsas bəzək elementləri isə butalardır.