Mikayıl Abdullayev : Biblioqrafiya

Mikayıl Abdullayev : Biblioqrafiya = Микаил Абдуллаев : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. M. Cəfərova ; elmi red. K. M. Tahirov ; ön söz T. Əfəndiyev ; red. L. Miryaqubova. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 408 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi növbəti biblioqrafiya Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafatın laureatı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü Mikayıl abdullayevin 100 illik yubileyinə həsr olunmuşdur. Biblioqrafik göstərici ilk dəfə olaraq çap edilir. Vəsaitdə toplanan materiallar 1943-cü ildən 2021-ci ilədək olan dövrü əhatə edir. Azərbaycan və rus dillərində tərtib edilən göstəricidə Mikayıl Abdullayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapır. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.