Menecerin əl kitabı : Liderlərin malik olmalı olduğu 17 bacarıq. Menecment və liderlik bacarıqlarınızı inkişaf etdirmək üçün ehtiyac duyduğunuz yeganə vasitə / ing. dil. tər.ed. Z. Cəfərova ; məsl. E. Kazımzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2022. - 356 s.
Bu kitabı bütün karyeranız boyunca əlinizin altında saxlayın və şirkətinizdə daha böyük təsir gücünə malik bir liderə çevrilin. İstər işə yeni başlayan menecer olun, istərsə də cari menecment rolunda öz nüfuzunu artırmaq istəyən menecer, qarşılaşdığınız problemlər hər miqyasda və formada olacaq – narahatlıq doğuran problemlərin gəlib birbaşa sizə çatması, müdirinizin çox vacib bir təqdimatı son anda məhz sizə həvalə etməsi, yaxud da masanızın üstündəki boş layihə kağızı... Belə situasiyalarda bütün potensialınızı işə sala bilmək üçün yeni biznes vərdişlərinə və yeni fərdi bacarıqlara yiyələnməlisiniz. "Menecerin əl kitabı" "Harvard Business Review"nun menecment arxivindən götürülmüş addım-addım məsləhətlərlə sizə kömək edəcək, əsas maliyyə hesabatlarını anlamaq və emosional intellektlə işçilərin etimadını qazanmaq üçün gərəkli strategiyaları göstərəcək. Kitab qarşılaşdığınız problemləri dərhal aradan qaldırmaq üçün həll yolları tapmağa və ya daha dərinə getməyə imkan verəcək.