Vyana gecəsinin sirri

Abdullayev, Ç. Vyana gecəsinin sirri: roman / Çingiz Abdullayev; rus dil. tərc. ed. M. Süleymanov; diz. S. Ələkbərova. - Bakı: TEAS Press, 2017. - 248 s. : il., rəngli foto.

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Vyana gecəsinin sirri” adlı romanında hadisələr Avstriya paytaxtındakı dəbdəbəli “Marriott” hotelində baş verir. Yeni ili qarşılamaq üçün bura gələn bir qrup adam hotelin restoranında məşhur xəfiyyə Dronqonun ailəsi ilə təsadüfən masa qonşusu olur. Kriminalist-ekspert onların rus, alman və ingilis dillərindəki söhbətini istəmədən eşidir. Bir neçə saatdan sonra isə həmin masadakı adamlardan biri - zəngin biznesmen restoranın tualetində ölü tapılır. Peşə marağı Dronqoya güc gəlir. O, ailəvi istirahətini yarımçıq qoyub qatilin axtarışına çıxır. Dəqiq bilir ki, qatil elə həmin masada oturanlardan biridir...