Borgenixt, L. Körpə anaları üçün təlimat: İstifadə təlimatları, nasazlıqların aradan qaldırılması və ilkin qulluq məsləhətləri /Luis Borgenixt, C. Borgenixt; ing. dil. tərc. ed. T. Məmmədli; il. müəl. P. Kepl və C. Bafam. - Bakı: Teas Press, 2018. - 256 s. : il., rəngli il.
“Körpə anaları üçün təlimat” kitabı valideynlərin ən çox verdiyi yüzlərlə sualı bir-birini əvəzləyən tövsiyələrin və faydalı sxematik diaqramların köməyi ilə cavablandırır... Körpəni bələmək üçün ən yaxşı yol hansıdır? Dünyaya yenicə göz açmış çağamın gecələr rahat yatması üçün nə edə bilərəm? Körpəmi həkim müayinəsinə nə vaxt aparmalıyam? Sizi narahat edən problemlər nə olursa-olsun, onlara dair suallarınızın cavablarını burada - tanınmış uşaq həkimi Dr. Luis Borgenixt və onun oğlu Co Borgenixtin təqdimatında tapacaqsınız. Müəlliflər uşağa qulluğun əsaslarını öyrənmək istəyən hər kəsə yol göstərir, çoxsaylı faydalı məsləhətlər təqdim edirlər.