Rzayev, Sahib Mirzalı oğlu. Kitabxana xidməti : Dərslik / S. M. Rzayev ; red. A. A. Xələfov ; rəy.: K. İ. Aslan, E. əhmədov. - Bakı : Bakı Universiteti , 2012. - 276 s.
Vaxtılə "Oxucularla iş" adlanan, bu gün isə "Kitabxana xidməti" adı ilə tədris olunan fənnin bu dərsliyi Azərbaycan dilində ilk dəfə yazılaraq nəşr olunmuşdur. Dərslikdə oxuculara xidmət işinin məqsədi, məzmunu və vəzifələri elmi-nəzəri cəhətdən izah olunmuş, şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual səviyyəsinin inkişafında mütaliənin və bu işə xidmət edən kitabxanaların rolu əsaslandırılmışdır. Dərslikdə kitabxanalarda oxuculara xidmət sistemi, onun forma və üsulları, xidmət texnologiyasının məzmunu təhlil olunmuşdur. Dərslikdə oxucu marağı, oxucu tipologiyası, mütaliə psixologiyası, mütaliə sosialogiyası və mütaliə pedaqogikası kimi mühüm problemlərin şərhi verilmişdir. Burada həmçinin kitabxana ünsiyyəti, kitabxana etikası, kitabxana xidmətində effektivlik, eləcə də kitabxanaçılıq peşəsi və kitabxanaçının şəxsiyyəti üçün vacib sayılan əlamət və keyfiyyətlər izah olunmuşdur. Dərslik BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri üçün nəzərdə tutulsa da, Bakı Mədəni Maarif məktəbinin tələbələri, respublikamızın geniş kitabxanaçılar ordusu, pedaqoqlar, psixoloqlar, sosioloqlar, eləcə də kütləvi oxucular istifadə edə bilərlər.