
Hamam mədəniyyəti = Bath culture journey to the old life : Keçmiş məişətə səyahət (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında) kitab-albom / Milli Azərbaycan Tarixi Muzeyi ; elmi red. N. Vəlixanlı ; elmi məsl. G. Abdulova ; tərt.ed. N. Qarayeva ; tərc.td. A. İsmayılova ; фот. M. Həsənoğlu. - Bakı : Təhsil, 2024. - 128 s.
Kitab-albomda Azərbaycanın hamam mədəniyyəti ilk dəfə kompleks şəkildə tədqiqata cəlb edilmişdir. Kitab-albomda Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında qorunub saxlanılan hamamla bağlı maddi mədəniyyət nümunələri təqdim olunur. Həmin nümunələr boğça, hamam sandığı, hamam tası, tayqulp, sabun və digər hamam ləvazimatlarından ibarətdir. Kitab-albomda eyni tipli hamamlar, hamamların funksiyası, hamamlarda keçirilən mərasimlər, hamam ənənələri haqqında geniş məlumat verilmişdir. Bununla yanaşı, təqdim olunan tədqiqat işində hamamların incəsənətdə (filmlərdə və təsviri sənətdə) əksi məsələlərinə də toxunulmuşdur. Kitab-albom AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə çapa məsləhət görülmüşdür.