Gəncə-Qazax xalçaları

Gəncə-Qazax xalçaları = Ganja-Qazakh carpets : Kataloq (Milli Azərbaycan tarixi Muzeyinin kolleksiyası əsasında) / Milli Azərbaycan Tarixi Muzeyi ; elmi red. N. Vəlixanlı ; elmi məsl. X. Əsədova ; ing.dil.tərc.ed. S. Nəsirova ; dizayn.: S. Nəsirova, A. İsmayılova ; fot. M. Həsənoğlu. - Bakı : Təhsil, 2022. - 96 s.

Kataloqda muzeyin kolleksiyasında qorunan, Gəncə və Qazax xalça məktəbinə daxil olan xalçalar və digər toxuculuq nümunələri (palaz, kilim, çul, xurcun, heybə, məfrəş, təknə qabı, duz torbası, dəyə ipi, cecim və s.) yer alıb. Eyni zamanda, nəşrdə xalça toxuculuğu zamanı istifadə olunan əmək alətləri də öz əksini tapıb. Gəncə və Qazax ərazisində toxuculuğun tarixi, bu xalça məktəbinə daxil olan xalça və xalça məmulatlarının toxunma texnikası ilə yanaşı, onların üzərindəki hər bir naxış və təsvir də tədqiqata cəlb edilib.