El harayına can deyən şəhid Elcan

Arifoğlu, Elvin. El harayına can deyən şəhid Elcan : Sənədli povest / E. Arifoğlu ; red. K. Mirzəyeva ; rəy. A. Quliyev ; lay. rəhb. N. Məmmədova ; dizayn. C. Kərimov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Azəri poliqrafiya, 2022. - 128 s.

Bu əsər Vətən müharibəsində şəhid olmuş Elcan Muradovun şərəfli həyat yoluna həsr olunmuşdur. On doqquz illik ömür sürən Elcanın enişli-yoxuşlu həyat yolundakı gəncliyə örnək davranışları, mənəvi keyfiyyətləri, bir sözlə, hər bir Vətən övladına nümunə olacaq həyat tərzi real hadisələr əsasında bədii formada təqdim olunur. Ləyaqətlə yaşanmış həyat uzun illərlə yox, yaxşı əməllərlə ölçülür. Barəsində danışdığımız şəhidin ömrü nakam qalsa da, xatirəsi xalqımızın qəlbində əbədi qalacaqdır.