
Çay dəsgahı : Kitab-albom Keçmiş məişətə səyahət(MATM kolleksiyası əsasında) = Tea Set(Journey to the ancient way of life) : book-album / Milli Azərbaycan Tarixi Muzeyi ; elmi red. N. M. Vəlixanlı ; elmi məsl. G. Abdulova ; tərc.ed. F. Qəniyeva ; fot. M. Həsənoğlu ; dizayn. L. Məmmədova. - Bakı : Təhsil, 2022. - 152 s.
Kitab-albomda Azərbaycan xalqının məişətinin və digər mərasimlərinin əsasını təşkil edən çay mədəniyyəti, o cümlədən XIX-XX əsrin əvvəllərinə aid sənətkarlıq nümunələri elmi-nəzəri baxımdan şərh edilir. Təqdim edilən kitab-albomda xalqın maddi dəyərləri haqqında unikal informasiyanı özündə qoruyub saxlayan Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında mühafizə olunan maddi mədəniyyət nümunələri bir neçə növ üzrə qruplaşdırılmışdır. Bu təsnifata əsasən tikmə nümunələrindən süfrələr, metal əşyalar, çini məmulat, fərqli tərtibat və təyinata malik qablar əhatəli şəkildə araşdırılmışdır. Kitab nəinki Azərbaycan maddi mədəniyyətini, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasını tədqiq edənlər, həmçinin geniş oxucu kütləsi üçün də faydalı olacaqdır. Kitab-albom Milli Azərbaycan Tarixi Muzeyinin Elmi şurasının qərarı ilə çapa məsləhət görülmüşdür.