Birillik Azərbaycan kitabiyyatı - 2019

Birillik Azərbaycan kitabiyyatı - 2019 : Əlavə / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; elmi red. K. M. Tahirov ; tərt.ed.: L. Bağırova, Z. Qulamova ; red. N. İsmayılov. - Bakı : M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2022. - 260 s.

Milli biblioqrafiya vəsaitləri ölkə ərazisində dərc olunan ədəbiyyatın ümumi retrospektiv biblioqrafiyasının tərtibində və kitab nəşri statistikasının aparılmasında mühüm əhəmiyyət kəsb edir. Kitabiyyatın bu buraxılışında 2019-cu ildə Azərbaycan Respublikasının ərazisində nəşr edilmiş kitab və kitabça barəsində biblioqrafik informasiya öz əksini tapmışdır. 2019-cu ildə nəşr edilən, lakin kitabxanaya gec daxil olması səbəbindən "Birillik Azərbaycan kitabiyyatı - 2019" buraxılışına düşməyən 1384 adda kitab və kitabçalar da göstəriciyə əlavə edilmiş, müvafiq bölmə daxilində elm sahələri üzrə təsnifat əsasında qruplaşdırılmışdır.