Baldan şirin balalar

Oqtay Rza. Baldan şirin balalar : Poeziya / O. Rza ; red. İ. O. Tapdıq ; rəs. R. Məmmədova. - Bakı : Turan Nəşrlər Evi, 2008. - 24 s.

Tanınmış şair Oqtay Rzanın adı respublikamızın hər yerində hörmətlə çəkilir. Onu uşaqlar da sevir, böyüklər də. Bu da onunla bağlıdır ki, şairin kitabları ürəklərə yol tapıb, sevilə-sevilə oxunur. Oqtay Rzanın vətənpərvərlik mövzusunda yazdığı şeirlər dərsliklərə daxil edilib. Həmin şeirlər dillər əzbəridir. Onun yeni kitabı belə adlanır: "Baldan şirin balalar".