Qasımlı, Musa Cəfər oğlu. Azərbaycan Respublikasının tarixi. (1991-2021) : 2 cilddə / M. C. Qasımlı ; elmi məsl., ön söz E. Babayev, elmi red. İ. Zeynalov ; Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. I cild : 1191-2003. - Bakı : BDU, 2021. - 383 s.
İki cilddən ibarət olan əsərin birinci cildində 1991-2003-cü illərdə Azərbaycan Respublikası siyasi tarixinin ən vacib problemləri tədqiq edilmişdir. Əsərdə müxtəlif dillərdə olan mənbə və ədəbiyyatlardan istifadə edilməklə əsasən aşağıdakı məsələlər araşdırılmışdır: Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ərəfəsində SSRİ-nin daxili və beynəlxalq vəziyyətinin ümumi mənzərəsi; Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının başlanması; Ermənistandan azərbaycanlıların amansızlıqla qovulması; Əsgəranda ilk qanın tökülməsi; Sumqayıt təxribatı; 1990-cı il 20 yanvar hadisəsi; Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda qəbul edilən qərarlar; Azərbaycan SSR-in adının və bayrağının dəyişdirilməsi; dövlət müstəqilliyinin bərpa edilməsi; Azərbaycan dövlət xadimlərinin helikopterdə öldürülməsi; DQMV-nin ləğvi; SSRİ-nin dağılması və Müstəqil Dövlətlər Birliyinin yaradılması; Ermənistanın açıq hərbi təcavüzünün başlanması; Xocalı soyqırımı; Azərbaycan Respublikasının BMT-yə üzv qəbul edilməsi; ATƏM-in Minsk qrupunun yaradılması; İranın vasitəçilik səyləri və Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi; 1992-ci ilin mayında silahlı çevriliş; Laçın rayonunun işğalı; Yeni Azərbaycan Partiyasının yaradılması; Kəlbəcər rayonunun işğalı; ölkədə ümumi böhranın yaranması; BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi; Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi; Prezident Ə.Elçibəyin Bakını tərk etməsi; Ağdam rayonunun işğalı; BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi; Azərbaycanı parçalamaq cəhdlərinin iflasa uğradılması; Füzuli və Cəbrayıl rayonlarının işğalı; 1993-cü ilin oktyabrında prezident seçkiləri; BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi; Zəngilan rayonunun işğalı; BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi; Horadiz əməliyyatı; Prezident Heydər Əliyevin ilk xarici səfərləri; Bişkek protokolu; Azərbaycan Respublikasının neft strategiyası; "Əsrin müqaviləsi"; 1994 və 1995-ci illərdə sui-qəsdlər, dövlət çevrilişi cəhdləri; Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilməsi; Milli Məclisə ilk seçkilər; Azərbaycanın nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi üçün həyata keçirilən tədbirlər; NATO və Avropa İttifaqı ilə əlaqələr; neft ixrac boru kəmərləri; Avropa Şurası ilə əməkdaşlıq; həyata keçirilən islahatlar; Minsk qrupu həmsədrlərinin təklifləri; 1998-ci ilin prezident seçkiləri; Avropa Şurasına tam hüquqlu üzv olmaq və İlham Əliyevin rəhbərliyi altında Avropa Şurası Parlament Assambleyasında fəaliyyətlər; Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft və Bakı - Tbilisi - Ərzurum qaz boru kəmərlərinin əleyhinə olan qüvvələrin səylərinin boşa çıxması; enerji strategiyasının ilkin nəticələri; Azərbaycan Respublikasının beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı; dövlət idarəçiliyinin təkmilləşdirilməsi; 2002-ci il konstitusiya referendumu; İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunması; BMT Baş Məclisində nitqi və b. Kitab ali məktəblərin tarix və siyasi elmlər ixtisaslarında təhsil alanlar, siyasətçilər, diplomatlar, həmçinin Azərbaycan Respublikasının siyasi tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.