Cəfərli, Muxtar Nihad oğlu. Azərbaycan Elm və İrfan sərdarları / M. N. Cəfərli ; bur.məsul Ə. Aslanoğlu ; rəy. T. Ə. Əhmədov ; elmi red. M. Yunusov ; dizayn. M. Əziz. - Bakı : Mimta Yayımları, 2024. - 344 s.
Kitab araşdırmaçı-alim Muxtar Cəfərlinin uzun zamandan bəri “Füyuzat” dərgisində dərc olunan silsilə məqalələrindən tərtib edilmişdir. Müəllif bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açır. Cənublu-şimallı böyük Azərbaycan torpağından çıxıb bütün İslam coğrafiyasına yayılmış bu şəxsiyyətlər yaşadıqları dövrün ən parlaq simalarından olmuşlar. Müəllif bu şəxsiyyətlərə mənəvi dəyərlər kontekstindən yaxınlaşdığı üçün kitab bu mövzudakı əvvəlki tədqiqatlardan ciddi şəkildə fərqlənir. Mövzuların əhatə genişliyinə baxmayaraq, əsərin dil və üslub sadəliyi onun geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu deməyə əsas verir.