
Qəhrəmanova, Yeganə. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya : dərs vəsaiti / Y. Qəhrəmanova, Y. Qəhrəmanova, S. Tağıyeva, G. Əkbərova ; elmi red. F. Şahbazlı ; rəy. A. Zeynalova ; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nəzdində Sənaye və Texnologiya Kolleci. - Bakı : Təhsil, 2024. - 144 s.
Dil insanlar arasında ünsiyyətin ən mühüm vasitəsidir.Çünki insanlar dil vasitəsilə öz fikirlərini bölüşür,hiss və həyəcanını ifadə edir, bir-birinə sevincini, kədərini, sevgi və nifrətini çatdırır.Bu mənada dil insanların təbii tələbatlarından yaranan, insan cəmiyyətindən kənarda mövcud olmayan ünsiyyət vasitəsidir. Ona görə də dilin inkişafı cəmiyyətin inkişafı ilə ciddi surətdə bağlıdı: ya inkişaf edir, ya zəifləyir, ya da ölür. Aydın və elmi dildə tərtib olunmuş dərslikdə işgüzar və akademik ünsiyyətin əsas xarakteri, janrları, şifahi və yazılı formaları, ünsiyyət mədəniyyətinin meyarları, xoş təəssürat yaratmağın qayda və üsulları, özünütəsdiq təqdimatı və digər mövzular günün tələblərinə uyğun şəkildə izah edilib.