Dikkens, Çarlz. Böyük ümidlər / Ç. Dikkens ; ing. dil. tərc.ed. İ. Əkbər. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2021. - 564 s.
Yeddi yaşlı Pip böyük bacısının evində yaşayır. Bacısı çox kobud və köntöy qadındır, Pipin gününü qara edib, onu yeri gəldi-gəlmədi kötəkləyir. Elə dəmirçi əri Co Qarcerini də tez-tez döyüb-söyür. Zavallı uşaq tez-tez qəbiristana qaçıb ata-anasının məzarını ziyarət edir. Bir gün də orada həbsdən qaçmış bir məhkumun əlinə keçir. Ayaqları qandallı məhkum Pipi ölümlə hədələyərək ondan törpü və yemək gətirməyi tələb edir, vədinə əməl etməyəcəyi təqdirdə ölümlə hədələyir. Uşaq qorxusundan onun dediklərini edir. Səhərisi gün isə həmin qaçaq məhkum həbs olunur. Burada ilk baxışda qeyri-adi heç nə yoxdur. Əslində isə bu hadisə Pipin bütün sonrakı həyatını dəyişir. Əvvəlcə miss Hevişem adlı zəngin tənha qadının malikanəsinin qapıları Pipin üzünə açılır. Sonra hansısa sehrli əl bu kasıb və yetim uşağı böyük var-dövlət sahibinə çevirir və Londonun kübar insanlarının arasına atır. Gənc Pip bütün pullarını sağa-sola səpələyib miskin vəziyyətə düşəndə, əli hər yerdən üzüləndə onun qaldığı evə qəfildən sirli bir qonaq gəlir...