Adı soyadını eşidən şair-Qulu Ağsəs

Umudova, Kəmalə. Adı soyadını eşidən şair-Qulu Ağsəs / K. Umudova ; naşir T. B. Axundov ; red. S. Nuruqızı ; rəy.: B. B. Əhmədli, L. İmaməliyeva ; dizayn. F. İbrahimova ; AZərbaycan kitab, maarif və poliqrafçılar ictimai birliyi. - Bakı : Təhsil, 2024. - 144 s.

Kitabın məqsədi müasir Azərbaycan poeziyasının görkəmli imzalarından biri Qulu Ağsəsin yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini anlamaq, təhlil etmək, onun şeir modelinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək və əsərlərini oxucuya yaxınlaşdırmaqdır. Kitab geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanıb.