• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Naxçıvan Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları Respublika Uşaq Kitabxanasında təcrübədə olublar
    08-05-2025 17:10:00

    6-8 may 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar.

    Təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının direktoru Tamella Əsgərova və kitabişləmə, kataloqlaşdırma şöbəsinin baş kitabxançısı Rəqib Quliyev iştirak edib.

    Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqlara kitabxananın tarixi inkişaf yolu, uşaqlara yönəlik layihələri, müxtəlif şöbələrin fəaliyyəti, eləcə də oxucularla aparılan iş metodları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

    Təcrübə müddətində, həmçinin mütəxəssislər kitabxana-informasiya xidmətlərinin təşkili, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər. Onlar, həmçinin müxtəlif yaş qruplarına uyğun keçirilən tədbirlərdə iştirak edərək praktiki biliklərini artırmaq imkanı qazanıblar.

    Belə təcrübə proqramları kitabxanaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, regionlararası əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu cür təşəbbüslər müasir dövrdə kitabxanaların sosial-mədəni mərkəz kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların inkişafına mühüm töhfə verir.

    Sonda iştirakçılar təcrübə proqramlarının mütəmadi keçirilməsinin vacibliyini qeyd etməklə yanaşı iş proseslərində və xidmət sahələrində tətbiq olunan yeniliklərlərdən yararlandıqlarını diqqətə çatdırıblar.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft