Haqqımızda

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Respublika Dövlət Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.

Kitab bələdçisi

Xəbərlər

Respublika Uşaq Kitabxanasına məktəblilərin növbəti ekskursiyası təşkil olunub

15 - 17 may tarixlərində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına 1 nömrəli UGİM-in və 83 nömrəli tam orta məktəbin şagirdlərinin eksursiyası təşkil olunub. Ekskursiya zamanı məktəblilər kitabxanada yeni uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar. Kitabxana əməkdaşları tərəfindən şagirdlərə maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı "Balalara hədiyyə” kitabı haqqında geniş məlumat verilib.

Kitab Haqqında Kəlamlar

Foto qalereya

Göy Qurşağı /2024/ №1

- Qar şəhəri

- Bozqulaq "dost" düzəldir

- Qarı qışın dəcəllikləri

- Tale of a little man and books

- Pambıq sahzadnin xoşbəxtliyi

- Sevimli uzunquyruq dostlar