• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “İrsi və dəyərləri ilə Heydər Əliyev” adlı esse müsabiqəsinin yekun mərhələsi keçirilib
    14-05-2025 14:52:00

    14 may 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə 12-16 yaş məktəblilər arasında “İrsi və dəyərləri ilə Heydər Əliyev” mövzusunda esse müsabiqəsinin yekun mərhələsi baş tutub. Müsabiqəyə Bakı şəhəri və digər bölgələrdən bir sıra ümumtəhsil məktəblərinin şagirdləri esselərini təqdim ediblər.

    Aprelin 15-də elan olunmuş müsabiqəyə ümumilikdə 60 məktəb müraciət edib, yalnız 20 məktəb müsabiqə şərtlərini müvəffəqiyyətlə yerinə yetirərək yekun mərhələyə keçid edib. 32 şagird təqdim etdiyi esse ilə bu mərhələdə iştirak etmək hüququ qazanıb.

    Yazı müsabiqəsinə təqdim olunan esselərdə iştirakçılar Heydər Əliyevin Azərbaycanın inkişafında həyata keçirtdiyi misilsiz rol, onun dövlətçilik fəlsəfəsi və milli irsin qorunması istiqamətində gördüyü əvəzsiz işlər barədə dərin fikirlərini qələmə alıblar. Şagirdlərin yazılarında Ulu Öndərin parlaq şəxsiyyəti, uzaqgörən siyasəti və Azərbaycan xalqı üçün əvəzolunmaz xidmətləri böyük ustalıqla təsvir olunub. 

    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra kitabxananın əməkdaşı tərəfindən Heydər Əliyevin həyat və fəaliyyətindən, onun xalqımız üçün əvəzsiz xidmətlərindən bəhs edən geniş məruzə təqdim edilib.

    Müsabiqənin nəticələrinə əsasən, I yerə İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Mikayıllı Ləman, II yerə 247 saylı tam orta məktəbin şagirdi Fəttahova Fidan, III yerə isə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdi Bəhruzlu Əzizə layiq görülüblər. Qaliblər “Böyük Azərbaycanlı” və “Lider” adlı kitablarla, diplomlarla və müxtəlif hədiyyələrlə təltif olunublar. Eyni zamanda, müsabiqədə iştirak edən digər şagirdlər də fəallıqlarına görə təşəkkürnamələr, kitablar və “Göy Qurşağı” uşaq jurnalı ilə mükafatlandırılıblar.

    Həmçinin tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, iştirakçıların esseləri əsasında virtual istifadəçilər üçün hazırlanan elektron - məlumat baza təqdim edilib.

    Müsabiqənin məqsədi yeniyetmələr arasında Heydər Əliyevin zəngin irsini və milli dəyərlərə verdiyi töhfəni daha da dərindən tanıtmaq, onların fikirlərini ifadə etməyə imkan yaratmaqdır.

    Elektron - məlumat bazası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

    https://clb.az/elektron/ESSE/index.html 

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft