• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş tədbir keçirilib
    02-04-2025 18:32:00

    2 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”nə həsr olunmuş uşaq kitab sərgisi təşkil edilib. Beynəlxalq Uşaq Kitabı Günü hər il aprelin 2-də qeyd olunur və uşaq ədəbiyyatının əhəmiyyətini vurğulamaq, uşaqlara kitab oxumağın faydalarını anlatmaq məqsədini güdür. Bu gün, həmçinin uşaqların oxuma vərdişlərini inkişaf etdirmək və onlara dünyanı kitablar vasitəsilə daha yaxşı anlamağa kömək etmək məqsədini daşıyır. Sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələri sərgilənib. Tədbirdə tanınmış uşaq yazarları Reyhan Yusifqızı, Mehriban Nağıyeva, Gülizar İbrahimova və Zahirə Cabir iştirak ediblər. Oxucularla görüşdə yazarlar kitabları haqqında məlumatlar verib, oxucuların suallarını cavablandırıblar. Yazıçılarla canlı ünsiyyət qurmaq şagirdlər üçün unudulmaz təcrübə olub, onlar yaradıcılıq prosesi, kitablarının mövzuları və uşaq ədəbiyyatının əhəmiyyəti barədə maraqlı məlumatlar əldə ediblər. Tədbirdə 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, Mickey's House uşaq bağçasının körpələri, 49, 151, 164, 194, 281 nömrəli ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Tədbir iştirakçılarını və qonaqları salamlayan kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək “Beynəlxalq Uşaq Kitabı Günü”nün əhəmiyyəti və kitabxananın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib və bildirib ki, kitabxana tərəfindən uşaqların kitab oxuma vərdişlərini inkişaf etdirmək, mütaliəyə həvəs yaratmaq və uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə mütəmadi olaraq bu cür tədbirlər təşkil edilir. Beynəlxalq Uşaq Kitabı Günü, uşaqları oxumağa təşviq etməklə yanaşı, həm də cəmiyyətin gələcəyini formalaşdıracaq gənc nəsillərə müsbət təsir göstərir. Bu günün keçirilməsi, dünyada kitabların və təhsilin vacibliyini bir daha vurğulamaq üçün əhəmiyyətlidir.

    Tədbirin sonunda tədbir iştirakçılarına musiqi proqramı təqdim edilib. Musiqiçi, pianoçu Sevil Qasımovanın rəhbərliyi altında gənc və istedadlı fortepianoçular klassik əsərlər və uşaq melodiyalarından ibarət musiqi nömrələri ifa ediblər. Kitab və musiqinin vəhdəti tədbirin daha yaddaqalan və ruhlandırıcı keçməsinə şərait yaradıb.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft