• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Ümumilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib
    08-05-2023 12:35:00

    8 may tarixində Respublika Uşaq kitabxanasında Hüseynqulu Sarabski adına 7 saylı uşaq musiqi məktəbi şagirdlərinin  iştirakı ilə  Ümumilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

    Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanıb, bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, bütün elm adamları və tibb işçiləri üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyeva yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirirdi. O, xəstələrə xüsusi qayğı ilə yanaşır, problemlərini dinləyir, həllinə kömək göstərirdi.

    Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyevin  Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizdə sürətli və uzunmüddətli inkişafdan həmçinin, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Daha sonra şagirdlərin təqdimatında “İlhamla İrəli”, “Uçma Bülbül”, “Sarı gəlin” xalq mahnısı, F.Əmirov “Səhər” kinofilimindən “Aslanım”,  “Xudayar təsnifi”,  Bizim Cəbiş müəllim kinofilimindən “Vals” Azərbaycan xalq mahnısı “Ağacda alma”,”,  S.Əliyeva “Ana”, “Azərbaycan” (söz. N. Xəzri, mus. M.Maqomayev) musiqiləri səsləndirilib.

    Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft