• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Doğma mahnılar” uşaq kitabının təqdimatı keçirilib
    17-12-2023 12:32:00

    17 dekabr tarixində “Doğma mahnılar” adlı uşaq mahnılarından ibarət kitabın təqdimatı baş tutub. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirdə həm böyüklər, həm də balacalar iştirak edib. 

    “Doğma mahnılar” adlı kitabda yer alan mahnılar uşaq mahnılarından, onların notları və sözlərindən ibarətdir. Kitabın ideya müəllifi və layihə rəhbəri teleaparıcı və jurnalist  Aysel Zahidqızı “Doğma mahnılar” kitabının təqdimatında kitabdakı musiqilərin  hamıya doğma gələcəyinə, böyükdən tutmuş balacalara kimi hər kəsin ürəyini fəth edəcəyinə inandığını bildirib: “Əminəm ki, bu kitabda hər bir uşaq özünə yaxın və doğma olacaq həm mahnını, həm də illustrasiyaları tapacaq. Çünki kitabda yer alan mahnılar bizim uşaqlığımızın xatirəsidir.

    Tədbirdə  H.Sarabski adina 7 №-li Uşaq Musiqi məktəbinin şagirdləri və 1 saylı UGİM-nin   musiqi dərnəyinin üzvləri iştirak edib. 

    Təqdimatda iştirak edən uşaqlar kitabda yer alan uşaq mahnılarını müxtəlif musiqi alətlərində  ifa ediblər. 

    Kitabda yer alan hər bir mahnı  rəngarəng və fərqli olduğu qədər, bir-birini tamamlayan illustrasiyalar rəssam Səbinə Vəzirova tərəfindən çəkilib. Həmçinin kitabın sonunda uşaqların diqqətini, yaddaşını yoxlamaq üçün suallar da yer alıb. Bundan əlavə “Doğma mahnılar” kitabında youtube səhifəsi qeyd olunub və  valideynlər kitabda olan mahnılara həm də qulaq asaraq öyrədə bilərlər.

    Bütün ailə üçün nəzərdə tutulan “Doğma mahnılar” adlı kitab TEAS Press Nəşriyyat Evi tərəfindən nəşr olunub. 

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft