• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Qonağım ol” rubrikasının növbəti qonağı görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov oldu
    12-03-2021 14:40:00

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi  “Qonağım ol” rubrikasının növbəti qonağı görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov oldu.“Qonağım ol”rubrikasının əsas məqsədi rəssamla uşaqlar arasında virtual görüşü təmin etməklə, onların intellektual səviyyələrinin inkişafını stimullaşdırmaq, uşaqları rəssamın yaradıcılığı ilə yaxından tanış etmək və canlı yayım vasitəsilə diskussiya aparmaq imkanını yaratmaqdır.

    Rəssam biri-birindən maraqlı saysız hesabsız qrafik işləri, illüstrasiyaları ilə keçmişlə bu günü özündə birləşdirən mənəvi körpü yaradır.

    Virtual görüş çərçivəsində Arif Hüseynov izləyicilərə yaradıcılığı, fərdi və qrup sərgiləri, işləmə texnikası, əldə etdiyi nailiyyətlərdən, sənətdə etdiyi yeniliklər və dünya rəssamlıq sənəti haqqında ətraflı məlumat verdi. 

    30-dan çox uşaq və bir çox kitabların illustratoru olan Arif Hüseynov realist rəssam olduğunu və əsərlərində səmimiyyətə üstünlük verdiyini bildirdi.

    Həmçinin, sənətkar canlı yayıma qoşulan izləyicilərin “Məhz sizə məxsus işləmə texnikası hardan qaynaqlanır?”, “Sizin həyatınızı, ruh halınızı əks etdirən əsər hansıdır?”,“Ətraf mühitdəki rəng çalarlarına baxış bucağınız necədir?”, “Əsərlərinizdə ən çox hansı rənglərə üstünlük verirsiniz?”,  “Əsərlərinizdə uşaqların zövqlərini nəzərə alırsınızmı?”, “Akademik təhsilli rəssam kitab illustrasiyası edə bilərmi?”, “Rəssam- dizayner olmaq üçün nə etmək lazımdır?”, “Bir əsər nə qədər müddətə başa gəlir və bir sərgi təşkil etmək üçün neçə müddət çalışmaq lazımdır?”,  “Uzun müddət üzərində işlədiyiniz əsər hansıdır?”,  “Yadda qalan rəssam olmaq üçün nə etmək lazımdır?” kimi bir çox müxtəlif maraqlı suallarına ətraflı cavab verdi.

    Qeyd edək ki, onlayn görüş kitabxananın “İnstagram” sosial şəbəkəsi üzərindən reallaşdı.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft